Azərbaycanda ebru sənətinə həsr olunmuş dərnəklərin açılması nəzərdə tutulur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində Mədəniyyət Mərkəzləri və filliallarında ebru sənətinin tədrisi məqsədilə “Əl sənətləri texnologiyası - Ebru” tədris proqramı hazırlamışdır.
26 noyabr 2019-ci il tarixində Xırdalan şəhər Heydər Əliyev Mərkəzində qədim köklərə malik ebru sənətinə həsr olunmuş “Əl sənətləri texnologiyası – Ebru” adlı metodiki vəsaitin təqdimatı keçirilib. Tədbir Ümümmilli Lider Heydər Əliyevin büstünün qarşısına gülqoyma mərasimindən başlayıb.
Təqdimat iştirakçılarını Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, şöbə müdirləri Nurəddin Babazadə və Sənan Talıbov salamlayaraq, uğurlar diləmişlər.
Mərkəzin direktoru A.Usubəliyev vurğulayıb ki, sənətkarlıq dərnəklərində unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması da nəzərdə tutulur, metodiki vəsaitin regionlarda da təqdimatı planlaşdırılır.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalan qeyd etdi ki, ənələrimizi ebru kimi qədim sənətlərin bərpası və inkişafı qoruyacaq. Müasir sənətlər bizim gələcəyimizdir, lakin qədim sənətlər unudulmaz keçmişimizdir. Bakı Yunus Əmrə İnstitutunun Mədəniyət işləri üzrə koordinatoru Nuranə Tağıyeva İnstitutun fəaliyyəti haqqında təqdimatı ilə çıxış edib.
Daha sonra ebru sənətinin ustası, AMEA-nın Əlyazma İnstitutunun əməkdaşı Zaur Orucov sənətin tarixindən danışaraq, qeyd etdi ki, hətta Nizami poeziyasında ebru sənətindən bəhs olunurdu.
Mərkəzin əməkdaşları Elnarə Hacıyeva və Nadir Məmmədov “Əl sənətləri texnologiyası - Ebru” adlı metodiki vəsaiti təqdim edib. Çıxış edənlər qeyd ediblər ki, C.Özdəmir və A.Usubəliyevin rəhbərliyi altında nəşr edilən metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı, modul, məzmun və digər mövzuları əhatə edir və Mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq. Tədbirdə şöbə müdiri Nəzakət Rəhmanova mədəniyyət müəssisələrinin potensiallarının inteqrasiyasından və qədim sənət dərnəklərinin açılmasından danışdı.
Tədbir çərçivəsində ebru sənətinə həsr olunmuş sərgi nümayiş olunub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə