Mədəniyyət evlərin fəaliyyəti beynəlxalq konfransda müzakirə olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndə heyəti cari ilin 22-23 noyabr tarixlərində beynəlxalq tərəfdaş qurumu olan Belarus Respublikasının Mogilyov vilayətinin Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzin 80 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərdə həmçinin, tədbirlər çərçivəsində keçirilmiş “Milli-mədəni özünəməxsusluğun qorunması kontekstində ənənəvi mədəniyyətin dəyərləri” adlı konfransda Mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva və şöbə müdiri Nurəddin Babazadə iştirak ediblər.
Konfrans zamanı iki Mərkəzin birlikdə hazırladığı “Şəhər (rayon) Mədəniyyət Mərkəzləri (filialları ilə birlikdə), digər Mədəniyyət Evləri və klublarda fəaliyyət göstərən həvəskar rəqs dərnəyi və kollektivi rəhbərinin işinə dair” adlı yeni beynəlxalq metodiki vəsaitin təqdimatı təşkil olunub. Vəsait pedaqoqun uşaq rəqs dərnəyi və kollektivi ilə apardığı işin uşaqlarda rəqs yaradıcılığının müxtəlif növlərinin tədrisinə davamlı maraq formalaşmadırmağa səbəb olan ən vacib şərt və prinsipləri əhatə edir.
Asif Usubəliyev öz çıxışına Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzi 80 illik yubiley münasibəti ilə təbrik edərək, bildirdi ki, böyük ənənələrə və elmi-kadr potensialına malik olan müəssisə ilə əməkdaşlıq çərçivəsində milli mədəniyyətin tanıdılması və təbliği istiqamətində, habelə mədəniyyət müəssisələrin inkişafına xidmət edə biləcək birgə layihələrin reallaşması bizim üçün xüsusi önəm daşıyır. Vurğulayıb ki, hər xalqa məxsus olan mədəni ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi nəsillər arasında mühüm əlaqələndirici halqadır.
Qeyd edək ki, vəsaitin rəyçilərindən biri Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzinin direktoru Oleq Xmelkov olub.
Daha sonra Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndə heyəti Mogilyov vilayətinin Xalq Yaradıcılığı və Mədəni-Maarif işi üzrə Metodiki Mərkəzin 80 illik yubileyinə həsr olunmuş konsertində iştirak edib.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə