Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin noyabr ayının 15-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Kürdəmir rayon Heydər Əliyev Mərkəzində (Kürdəmir şəhəri, Bakı prospekti, 18) Kürdəmir rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ağdam rayonu, Quzanlı qəsəbəsi) Ağdam rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağcabədi rayon Bayraq Muzeyində (Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (Çağrı mərkəzi): 147 və ya (012) 498-97-81 (əlaqələndirici şəxs: Lalə Kərimova - Regional siyasət şöbəsinin sektor müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra
№-si
Şəhər (rayon)
Əlaqələndirici
şəxs
Əlaqə
telefonu
1
Kürdəmir rayonu
Sevinc Həsənova
051-723-96-55
020-255-20-51
2
Ağdam rayonu
Şahin Qasımov
050-328-07-41
026-325-00-83
3
Ağcabədi rayonu
Ədil Həsənov
050-497-74-70
021-275-58-26
4
Laçın rayonu
Asif Əliyev
070-327-69-89
021-277-83-41

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə