“Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib

Cari ilin 1 iyul tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Xaçmaz Regional Mədəniyyət idarəsi ilə birgə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində regionun gənc mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib.
Seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında kreativ yanaşma və fərqli düşüncə tərzinin formalaşmasıdır. Mədəniyyət sahəsi müsbət alqoritmli inkişafın göstəricisi olmalıdır.
Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq, iştirakçıları salamladı və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyətindən söz acdı.
Sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək qeyd etdi ki, Mərkəzin nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında keçirilən tədbirlərin prioritet istiqamətlərindən biri kreativ sənaye vərdişlərinin formalaşmasıdır.
Seminarda həmçinin Mərkəzin şöbə müdiri Nurəddin Babazadə və sektor müdiri Ceyhun Əhmədov “Müasir dünyada kreativ sənaye amili” mövzusunda çıxış ediblər.
Çıxışlarda vurğulandı ki, müasir dövrdə kreativ və fərqli yanaşma tərzi tətbiq olunduğu bütün sahələrdə uğura səbəb olur. Sistemimizdə kreativ və təşəbbüskar mühitin yaradırmasında gənc mədəniyyət işçilərinin rasional fəaliyyəti vacib amildir.
Seminarda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və təkliflər təqdim olunub. Tədbir çərçivəsində kreativ səriştələrin formalaşdırılması məqsədi simulyasiya və rollaşdırılmış oyunlar təşkil olunub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə