Kitabxanaların uşaq şöbələrinin əməkdaşları üçün ixtisasartırma kursları təşkil olunmuşdur

Ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən bir mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir. Həmin məqsədlə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları”, “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” və “Kreativ peşə səriştələri” mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verildi. Cari ilin 13-17 may tarixlərində Şamaxı şəhərində baş tutacaq təlimlərə həmçinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qatılacaqlar. Təlimlər Şamaxı şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İncəsənət Təhsili Mərkəzi və Mədəniyyət Mərkəzi ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında da təşkil olunacaqdır.
“Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları” mövzusunda keçiriləcək təlimdə dinləyicilər mütaliənin mahiyyəti, mütaliə mədəniyyəti; mütəfəkkirlərin mütaliə haqqında söylədikləri, erkən yaşlardan uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında kitabxanaların rolu; uşaqlarda kitaba maraq, şüurlu münasibət, oxu gigiyenası, kitabla rəftar qaydalarının öyrədilməsi, kitabı müstəqil seçmək, kataloq, kartotekadan və tövsiyə siyahılarından istifadə etmək bacarığının aşılanması; mütaliəyə marağın artırılmasının müasir yolları; uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri kimi bilikləri əldə edəcəklər. Kurs kuratoru Nəzakət Rəhmanovadır.
“Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” mövzusunda keçiriləcək təlimdə iştirakçılar kitabxana-informasiya xidməti anlayışı; kitabxanalarda uşaq oxucuları üçün abonement, qiraət zalları (multimedia zalları) vasitəsilə kitabxana-informasiya xidmətinin təşkili; kitabxanada komfortlu mühitin yaradılması; elektron kataloq, kartoteka və uşaq ədəbiyyatını əks etdirən məlumat bazalarının yaradılması; uşaq oxucularının elektron kataloq, kartoteka və məlumat bazalarından istifadəsinin təbliği sahəsində kitabxanaların üzərinə düşən vəzifələr, bununla bağlı görülən işləri öyrənəcəklər. Kurs kuratoru – Aygün Hüseynova.
“Kreativ peşə səriştələri” kursunda isə dinləyicilər kreativlik; kreativ vərdişlər və yaradıcı təfəkkür; kreativ sənaye; kreativ və rəqəmsal mədəniyyət; lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində bilikləri mənimsəyəcəklər. Kurs kuratoru isə Pərvanə Hüseynovadır.
Kursların açılış mərasimində Mərkəzin sosial tərədaşı olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov mütaliənin gənclər arasında təbliğ olunmasında dövlət kitabxanalarının əhəmiyyəti barədə məruzə ilə çıxış etdi.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tarafdaşlar arasında Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Azertac” Dövlət Agentliyi, AMEA-nın müxtəlif institutları və digər qurumlar var.
Xatırladaq ki, Mərkəzin ilk təlimləri cari ilin 22-26 aprel tarixlərində Lənkəran şəhərində təşkil olunub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə