Bakı Humanitar Kollecinin tələbələri də mədəniyyət könüllüləri sırasına qoşulurlar

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllükük fəaliyyətinin sahəsini genişləndirir. Belə ki, cari ilin 7 may tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Humanitar Kollecində “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilmişdir. Tədbirin məqsədi humanitar və mədəniyyət sahələrində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Tədbiri giriş sözü ilə açaraq, Humanitar Kollecinin təlim tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva qeyd etdi ki, tələbələr tərəfindən könüllülük fəaliyyəti böyük maraqla qarşılanır. Onlar kollecdə keçirilən milli və beynəlxalq bayramlar, sərgilər, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlərdə fəal iştirak edirlər.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev öz çıxışında tələbələrin, digər fəal gənclərin də gələcəkdə könüllülük fəaliyyətinə qoşulmağa dəvət etdi, Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əmin olduğunu bildirdi.
“Könüllülük fəaliyyəti və gənclər” adlı təqdimatla çıxış edən Mərkəzin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.
Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə “Mədəniyyətdə könüllülük” adlı çıxışında humanitar və mədəniyyət sahələrində çalışan gəncləri könülllük fəaliyyətinə qoşulmağa dəvət edib.
 

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə