Əməkdaşların reytinqi sisteminin təqdimatı

Cari ilin12 aprel tarixində Azərbaycan Respublikasının Həmkarlar İttifaqı Komitəsinin sistemində fəaliyyət göstərən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi ilə Mərkəz rəhbərliyi arasında kollektiv müqavilə imzalanmışdır.
Akademiyanın rektoru, sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov qonaqları salamlayaraq əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin öz hüquqlarından məlumatlı olmasının vacibliyini qeyd etdi. Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqının sədri, əməkdar mədəniyyət işçisi, Cəmilə Səttarova müssisələrdə Həmkarlar İttifaqının fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirdi. Qeyd etdi ki, Həmkarlar İttifaqının mövqeyi hər bir əməkdaşın, bütövlükdə kollektivin maraqlarını ifadə etməlidir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əliyev əməkdaşların maraqlarının müdafiəsinin vacib şərt kimi qarşıya qoyulduğunu vurğuladı. O,bildirdi ki, əməkdaşların iş fəaliyyətinin qiymətləndirilməsində Həmkarlar İttifaqı Komitəsi fəal mövqe tutmalıdır. İttifaq tərəfindən hazırlanan yeni qiymtləndirmə meyarlarının əməkdaşlarda sağlam rəqabət mühitinin dəstəklənməsinə töhfə verəcəyini qeyd etdi. Belə ki, “əməkdaşların reytinqi” adlı sistemin tətbiqi nəticəsində fəaliyyətin daha ədalətli və obyektiv qiymətləndirilməsi təmin olunacaqdır.
Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov “Kollektivdə münaqişələrin həllində HİK-in rolu” barəsində fikir mübadiləsi apardı.
Mərkəzin direktoru Asif Usubəliyev keçirilən tədbirin təqdirəlayiq hal kimi qiymətləndirdi. Bildirdi ki, Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin və qiymətləndirmə mexanizminin açıq formada ictimaiyyətə təqdim olunması sağlam əhval-ruhiyyənin göstəricisidir. Buradayalnız rəhbərin kollektiv qarşısında deyil, eyni zamanda kollektivin rəhbərlik qarşısındakı ədalətsiz və əsassız iddiasının qarşısı alınacaqdır. Qiymətləndirmə meyarları əməkdaşların vəzifə funksiyalarının icrası ilə yanaşı, təşəbbüskarlıq mövqeyinə köklənəcəyinə xidmət edəcəyini bildirdi. Bəli, bugün müəyyən müəssisələrdə mükafatlandırma mexanizmi var. Amma əksər hallarda bu addım müssisə rəhbərinin təşəbbüsündən irəli gəlir. Mərkəzimizdə qiymətləndirmə meyarlarının müəyyən edilməsində təkcə rəhbərlik deyil, eyni zamanda həmkarların da yaxından iştirakı şəffaflığın qarantı kimi çıxış edəcək - deyə A.Usubəliyev bildirdi.
Sonda ictimai işlərdə fəallığı ilə seçilən əməkdaşlara Mədəniyyət İşçilərin Respublika Həmkarlar İttfaqının sədri Cəmilə Səttarova tərəfindən Fəxri Fərmanlar təqdim edildi. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə