Prezident İlham Əliyevin Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə görüşü əlamətdar hadisədir

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə bu il martın 1-də keçirilmiş görüşü əlamətdar hadisədir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev söyləyib.
Onun sözlərinə görə, bu hadisə sosial şəbəkələrdə geniş şərh edilir. O deyib: “Mövcud şərhlərin bir qismi müəyyən qədər emosional xarakter daşıyır və onlar əsasən konkret şəxslərlə bağlıdır. Əslində isə bu görüşü qeyd-şərtsiz mədəni demokratiyanın aşkar təzahürü adlandırmaq olar və məhz belə adlandırmaq lazımdır.
Mədəniyyət sahəsində gələcək inkişafın yollarının dialoq vasitəsilə axtarışı – Prezidentin bu görüşünün strateji məqsədini məhz belə adlandırmaq olar. İlham Əliyevin görüşdə dediyi “... bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz” sözləri də həmin fikri təsdiq edir. Bu sözlər dövlət quruculuğunun demokratik prinsiplərinə sadiqliyə ən yaxşı sübutdur. Hesab edirəm ki, mədəniyyət xadimləri Prezidentin bu ismarıcından maksimum istifadə etməlidirlər”.
A.Usubəliyev vurğulayıb ki, əslində bu görüşdə Azərbaycanın mədəni siyasətinin əsas strateji istiqamətləri göstərilib. O deyib: “Prioritetlərin düzgün göstərilməsi və qarşıdakı məsələlərin reallaşması üçün optimal mexanizmlər hazırlanması xalqımızın zəngin mədəni irsini qoruyub saxlamağa və inkişaf etdirməyə imkan verəcək. Dövlət başçısı açıq-aydın bildirdi ki, o, mədəniyyəti ölkəmizin bundan sonra da sabit inkişafının təmin edilməsi üçün zəruri olan böyük strateji potensial hesab edir: “Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. ... Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.
Dövlət başçısının bu sözləri çox dəyərlidir. Mədəniyyətə heç də dünyanın hər ölkəsində bu cür diqqət yetirilmir. Prezident mədəniyyət sahəsinin strateji statusunu rəsmən bəyan etdi. Axı mədəniyyətə bu cür münasibət ona istehlakçı yanaşmasından fərqlidir. Mədəniyyət təkcə asudə vaxtın keçirilməsi və əyləncələrin təşkili sahəsi deyil, mədəniyyət dəyərlərin varisliyini və cəmiyyətin sabit artımını təmin edən qurucu və ideoloji mexanizmdir.
A.Usubəliyev bu konteksti inkişaf etdirərək İlham Əliyevin çıxışından daha bir sitat gətirdi: “...Mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır... Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.
Mərkəzin direktoru belə bir ritorik sual verdi: “Bizim mədəniyyətimizə bundan artıq qiymət vermək olarmı?”
A.Usubəliyev dedi: “Prezidentin bu sözlərini cəsarətlə “mədəniyyətin təntənəsi” adlandırmaq olar. Çünki bu sözlər mədəniyyət sahəsinin siyasi və sosial əhəmiyyətini maksimum dərəcədə əsaslandırıb. Mədəni siyasət isə dövlətin fəaliyyətinin strateji istiqaməti statusunu möhkəmləndirib.
Görüşdə Prezidentə verilmiş sualların cavablarının xarakteri, habelə mədəniyyət və incəsənət sahəsi nümayəndələrinin xahişlərinə dövlət başçısının reaksiyası həm İlham Əliyevin yaradıcı ziyalıların nümayəndələrinin problemlərinə hörmət və qayğı ilə yanaşmasını, həm də mövcud məsələlərin həllinə sistemli baxışı nümayiş etdirir. Razılaşın ki, dövlət idarəçiliyi prosesində sistemli münasibət və sistemli yanaşma peşəkar siyasi menecmentin əsas əlamətləridir”.
Beləliklə, onun sözlərinə görə, dövlət quruculuğunun strateji məqsədlərinin həyata keçirilməsində mədəni mexanizmlərin geniş tətbiqi mədəni siyasətin perspektivlərinin və potensialının adekvat qiymətləndirilməsinə dəlalət edir.
A.Usubəliyev sonda deyib: “Deyə bilərik ki, siyasi səviyyədə mədəniyyətin atributiv anlamından imtina edilib, daxili siyasətdə mədəniyyət sosial sabitliyin, ideya həmrəyliyinin və milli identikliyin təmin edilməsi; xarici siyasətdə isə ölkənin beynəlxalq imicinin formalaşmasının ayrılmaz mexanizmi kimi təqdim edilir.
Mədəniyyətin strateji məzmununun bu cür dəyişməsini təkamül xarakterli hadisə adlandırmaq olar. Mədəniyyətin atributiv qavrayışından imtina edilməsi həm bu sahənin inkişafında, həm də dövlət siyasətinin bir sıra başqa istiqamətlərində hökmən öz əksini tapacaq. Müəyyən mənada məhz bu səbəbdən yaxın gələcəkdə biz konkret istiqamətlərin səmərəli inkişafının katalizatorlarına çevriləcək yeni məzmunlu islahatların şahidləri ola bilərik”. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə