Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev Baku PR Forum 2019-un spikeridir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev Baku PR Forum 2019-un spikeridir.
Asif Usubəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alıb. AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
Əmək fəaliyyətinə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutununda başlayıb, daha sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirərək Elm sektorunun müdiri vəzifəsinədək yüksəlib. 2015-2018-ci illərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin Yanvar ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru təyin olunub.
500-dən çox elmi-analitik və publisistik məqalənin müəllifi olan Asif Usubəliyev, bir sıra yerli və beynəlxalq tədbirlərdə məruzəçi, təşkilatçı, moderator qismində iştirak edib.
#PR #BakuPRForum2019 #PRForum #Baku2019 #PublicRelations #APRA 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə