Kreativ səriştələrin formalaşdırılması, təşkil olunacaq yeni kursların prioritetidir!

Dinləyicilərin, xüsusən regionlarda çalışan mədəniyyət işçilərinin kreativ peşə səriştələrini artırmaq məqsədilə təşkil olunacaq ixtisasartırma kurslarına hazırlıq mərhələsinə artıq start verilmişdir. Belə ki, kurslarda tədris aparmaq istəyən iddiaçılar üçün yeni yaradılmış Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcəkdir. Mühazirəçilər arasında sağlam rəqabət mühitinin yaradılması, habelə tədrisin effektivliliyini artırmaq məqsədilə ilk mərhələdə açıq dərslər təşkil olunacaqdır. Sağlam rəqabət fonunda açıq dərsdən uğurla keçmiş iddiaçılar kreativ ixtisasartırma kursunda, habelə canlı yayımla mədəniyyət müəssisələrindən cəlb olunmuş dinləyicilərə dərs keçməsi nəzərədə tutulur.
Keçirilən dərslərin praktik yönümlü olması, müasir çağırışlara cavab verməsi, kreativ peşə səriştlərinin mənimsənilməsi və bu bacarıqların kurs keçmiş dinləyicilər tərəfindən çalışdığı mədəniyyət müəssisəsində iş fəaliyyətində tətbiq etməsi qarşıda duran hədəflərdəndir.
Məlumat üçün bildirmək istərdik ki, növbəti mərhələlərdə müxtəlif kateqoriyalı əməkdaşlar üçün keçiriləcək təlimləri Mərkəzin saytında onlayn rejimdə izləmək mümkün olacaqdır. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə