Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyinin qeyd edilməsi kitabsevərlər üçün əsl bayramdır. Gənclərdə mütaliəyə həvəsin formalaşması, onlarda kitaba maraq və hörmət yaratmağı qarşıya məqsəd qoyan kitabxana, yeni nəslin bilik və savadlarının artırılmasında böyük rol oynayır.
Bu sözləri dekabrın 5-də Respublika Gənclər Kitabxanasının 90 illiyinə həsr edilmiş tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Azərbaycan Musiqili Teatrında reallaşan tədbirdə kitabxananın son illər öz fəaliyyəti ilə seçildiyini söyləyən nazir bildirib ki, burada bir sıra təlim kursları təşkil edilir, yeni layihələr reallaşdırlır. Kitabxana fəaliyyətində hər zaman innovativ yanaşmalarla rəqabət aparır. Kitabxananın bazası o qədər genişdir ki, burada həm Azərbaycanın, həm də digər ölkələrin hüquq bazası haqqında məlumat almaq mümkündür.
“Bir çox ictimai qurumlarla geniş əlaqə quran kitabxana gənclər üçün faydalı və lazımlı olan layihələrə imza atır. İnanıram ki, Respublika Gənclər Kitabxanası həmişəki kimi, gələcəkdə də humanitar baza rolunu oynamaqla yanaşı, geniş spektrdə fəaliyyət göstərəcək. Azərbaycanda kitabxana işinə dövlət tərəfindən hər zaman diqqət göstərilib və bu ənənə bu gün də davam edir. Ulu öndər Heydər Əliyev gənclərimizin savadlı olması, onlarının biliklərinin artırlmasına böyük önəm verirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Respublika Gənclər Kitabxanasının dörd əməkdaşına dövlət başçısının müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı verilib. Bu gün ölkədə fəaliyyət göstərən kitabxana şəbəkələri təkmilləşir, inkişaf edir və imkanlarını genişləndirir. Bu yaxınlarda Azərbaycan Milli Kitabxanasının 90 , Respublika Uşaq Kitabxanasının 50 illiyini qeyd etdik. Eyni zamanda, ölkəmizdə kitabxanaçıların qurultayları, simpoziumları, “dəyərmi masa”ları keçirilir. Bir sözlə, ölkəmizdə bu sahədə çoxlu işlər görülür, bu mənada, Respublika Gənclər Kitabxanası da bu işə töhfəsini verməkdə davam edir, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bir çox kitabxanalarımız da beynəlxalq əməkdaşlığını genişləndirir”, - deyə Əbülfəs Qarayev bildirib.
Sonra Respublika Gənclər Kitabxanasının bir sıra əməkdaşlarına Mədəniyyət Nazirliyinin Fəxri fərmanları təqdim olunub.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova dövlət başçısı tərəfindən kitabxana işinə göstərilən diqqətdən söz açıb. Deyib ki, ölkəmizdə kitabxanaçılıq sahəsi inkişaf edir, bu istiqamətdə yeni layihələr reallaşdırılır və yeni üfüqlər açılır: “Kitabxana bəşəriyyətin mədəniyyət və elm xəzinəsidir. Bu gün münasibətilə Respublika Gənclər Kitabxanası ilə yanaşı, digər kitabxanalarımızda da çalışan hər bir kitabxanaçını təbrik edirəm”.
Kitabxananın direktoru Oruc Quliyev rəhbəri olduğu qurumun keçdiyi tarixi yola nəzər salıb.
Bildirib ki, bu gün ölkəmizdə 90 yaşı olan az sayda kitabxanalardan biri olan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın mədəni-maarif sahəsinin inkişafında əvəzsiz rol oynayır. Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun milli vətənpərvərlik tərbiyəsi, yüksək təhsil tələbləri, dünyaya açılması, yeniliyə, yeni texnologiyalara açıq olması, həyatında milli dəyərlərlə bəşəri dəyərləri uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin əsas ideoloji platformasını təşkil edir.
Göstərilən diqqətə görə Prezident İlham Əliyevə rəhbəri olduğu qurum adından təşəkkür edən O. Quliyev bundan sonra da kollektivlə birgə yorulmadan çalışacaqlarını söyləyib.
Milli Məclisin deputatı Fazil Mustafa Respublika Gənclər Kitabxanasının gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində, onların mütaliə marağının ödənilməsində və asudə vaxtlarının səmərəli təşkilindəki fəaliyyətindən bəhs edib.
Tədbir konsert proqramı ilə davam edib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə