Azərbaycan muğamının UNESCO-nun reprezentativ siyahısına daxil edilməsinin yubileyi Ankarada təntənə ilə qeyd olunub

Azərbaycan muğamının və “Səma” rəqsinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümü münasibətilə Ankarada mərasim təşkil olunub.
Tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, TÜRKSOY-un və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və UNESCO-nun təmsilçisi Dəniz Çakır tədbirdə çıxış edərək UNESCO-nun fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Azərbaycan muğamı, eləcə də “Qarabağ” muğam qrupunun fəaliyyəti ilə bağlı xoş fikirlər səsləndirilib.
Sonra bədii hissə olub.
“Səma” rəqs qrupunun ifasından sonra Azərbaycanın “Qarabağ” muğam qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə Xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni Əməkdar artistlər - Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) müşayiət ediblər. Qrupun budəfəki repertuarında “Mənim Azərbaycanım”, “Qarabağ şikəstəsi”, “Aman ovçu”, “Ay Laçın” və digər məşhur xalq və bəstəkar mahnıları yer alıb.
Muğamsevərlər “Qarabağ” qrupunun ifasını dəfələrlə ayaq üstə hərarətli alqışlarla qarşılayıblar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə