İsveçrədə keçirilmiş Dünya Startap Yarışmasının finalında Azərbaycan da təmsil olunub

İsveçrənin Lozanna şəhərində keçirilən “Seedstars World” startup yarışmasının finalında Azərbaycan nümayəndələri də iştirak edib. Həmin yarışmada Azərbaycanın yüksək səviyyədə tanıdılması məqsədilə ölkəmizin İsveçrədəki səfirliyi tərəfindən müvafiq şərait yaradılıb.
Səfirlikdən  bildiriblər ki, səfir Xanım İbrahimova Lozan şəhərində olub və “İnformasiya texnologiyalarının inkişafında hökumətlərin rolu” mövzusunda seminarda açılış nitqi söyləyib.
Diplomat X. İbrahimova nitqində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində həyata keçirilmiş innovativ layihələrdən söz açıb. O, qeyd edib ki, ölkəmizdə İKT sahəsində sahibkarlıq və startap fəaliyyəti inkişaf etməkdədir. Bu sahə üzrə qəbul edilmiş qanunvericilik aktları startap hərəkatını, ümumilikdə isə yüksək texnologiyalar sahəsinin inkişafını stimullaşdırmışdır. İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi məqsədilə hökumət tərəfindən dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirilir və Dövlət proqramları qəbul olunur.
Səfir əlavə edib ki, Azərbaycan brendi olan “ASAN xidmət” özü innovativ bir layihədir. 10 dövlət qurumu və 30-dan çox özəl təşkilatı bir yerə cəmləyərək, dövlət-özəl tərəfdaşlığı prinsipləri çərçivəsində öz fəaliyyətini həyata keçirən “ASAN xidmət” ölkəmizdə gənc sahibkarlar nəslinin yetişməsi, yeni texnologiyanın tətbiqi və yaradılması, insanların ideyalarının reallaşdırılması üçün də açıq platforma yaradıb. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulu və brendidir. Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli şəraitin mövcud olduğuna diqqət çəkən diplomat ölkəmizdə 67 İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirib və bu şirkətlərin əsasən qeyri-neft sektorunda fəal olduğunu qeyd edib.
Seminardan sonra səfir Xanım İbrahimova bu yarışmada ölkəmizi təmsil edən komandanın üzvləri ilə görüşüb və onlarla fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində təşkil olunacaq “mədəni guşə” vasitəsilə ölkəmizin tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı nəşr olunmuş kitablar Azərbaycan nümayəndələrinə təqdim edilib.
Qeyd edək ki, İsveçrənin “Silicon Valley”i hesab olunan “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsveçrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Müxtəlif ölkələrdən olan “beyinləri” Lozannaya yığmaqda İsveçrə hökumətinin məqsədi o beyinləri İsveçrədə saxlayıb, potensial “milyardlıq startapları” məhz bu ölkədən dünyaya çıxarmaqdır. İsveçrənin əhali sayına görə 3-cü kantonu olan Vo “beyin axınını” həyata keçirmək üçün ən əlverişli məkanlardan biri sayılır. Qeyd edilməlidir ki, startaplara dəstək məqsədilə İsveçrə dövləti müxtəlif “toxum investisiya” (seed), qrant layihələri təşkil edir, həmçinin dövlətin yaratdığı inkubasiya mərkəzləri də mövcuddur. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə