Ukraynada Ulu Öndərin 95 illiyinə həsr olunan beynəlxalq konfransın bölmə iclası keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
ADU-dan  bildiriblər ki, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. İlk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda keçirilib.
Kiyev Milli Linqvistik Universitetində konfransın “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti bölmə iclası keçirilib.
Tədbirdə Kiyev Milli Linqvistik Universitetinin rəhbərliyi və kollektivi, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov və professor Fikrət Cahangirov iştirak ediblər.
Səfir A.Xudiyev ulu öndər Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolundan, Azərbaycan ilə Ukrayna arasında münasibətlərin tarixindən və bu əlaqələrin perspektivlərindən söz açıb.
Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor R.Vasko Ümummilli Liderin xatirəsinin Ukraynada da əziz tutulduğunu bildirib. Qeyd edilib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.
Çıxış edənlər müstəqillik dövründə dövlətlərarası əlaqələrin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrinin inkişafında Ulu Öndərin rolunu xüsusi vurğulayıblar.
Kiyev Milli Linqvistik Universitetinin tədris və beynəlxalq əlaqələr üzrə prorektoru, professor İ.Seryakova, bu ali məktəbin şərqşünaslıq fakültəsinin dekanı, dosent S.Sorokin, türkologiya kafedrasının müəllimi İ.Şıxızadə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İ.Allahverdiyeva və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin cəmiyyətdə multikulturalizmin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sahəsindəki müstəsna xidmətlərindən danışıblar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə