“Microsoft” uşaqlar üçün yeni texnologiya hazırlayıb

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən “Project Zanzibar” texnologiyası hazırlanıb. Yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir. “Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.
techcult.ru saytı xəbər verir ki, xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.
Layihənin təqdimatı aprelin sonunda Kanadanın Monreal şəhərində keçiriləcək “Hesablama sistemlərində insan amili” konfransında (ACM CHI-2018) təqdim olunacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə