Mədəniyyət və turizm naziri "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşdü -
Mədəniyyət və turizm naziri "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşdü

Cari ilin 12 mart tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirmişdir.
Görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilmişdir. Xüsusi hazırlanmış mədəni proqram çərçivəsində E.Pagella səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olmuş, bununla bağlı görüş zamanı məmnuniyyətini ifadə etmiş və əməkdaşlığa dair müvafiq təkliflərini bildirmişdir.
Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barəsində məlumat vermiş və Nazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair aparılan işlər barəsində danışmışdır. O, həmçinin İtaliyanın və Azərbaycanın ən yaxşı təcrübələri əsasında qarşılıqlı əməkdaşlığın qurulmasını dəstəkləmiş və müvafiq sahələr üzrə layihələrin, o cümlədən tədris proqramlarının, araşdırma işlərinin və müxtəlif səpkili sərgilərin və ikitərəfli mədəni tədbirlərin təşkilini tövsiyyə etmişdir.
Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət etmişdir. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə