Kulinarlarımızın növbəti uğuru -
Kulinarlarımızın növbəti uğuru

Malta, İstanbul və Dubayda keçirilən beynəlxalq kulinariya çempionatlarında ölkəmiz də təmsil olunub. Həmişə olduğu kimi bu yarışmalardan da kulinarlarımız Vətənə medallarla dönüblər.
Bu sözləri beynəlxalq kulinariya çempionatlarının yekunlarına həsr olunun mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov deyib.
Bildirilib ki, ilk çempionat Maltada keçirilib. Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca beynəlxalq kulinariya çempionunun açılış mərasimində çıxış edərək komandalara uğurlar arzulayıb.
Ölkəmizi bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Quliyevanın rəhbərliyi altında aşpazlar Ağa Salamov, Sarxan Məmmədov və Nicat Babayev təmsil edib.
Bildirilib ki, “Malta-2018” adlı çempionatında 350-dən çox aşpaz iştirak edib. Münsiflər heyətində Azərbaycan, Almaniya, Norveç, Fransa, Portuqaliya, Sloveniya və İtaliyadan olan mütəxəssislər təmsil olunub.
Təkbətək və komanda yarışlarında Azərbaycan komandası ümumilikdə 6 yarışmada uğurlu nəticə (3 gümüş, 2 bürünc, 1 fərqlənmə diplomu) göstərib.
Vurğulanıb ki, İstanbulda keçirilən növbəti yarışmada 24 ölkə iştirak edib. Burada da kulinarlarımız 3 qızıl, 6 gümüş, 4 bürünc və 1 fərqlənmə diplomu qazanıblar. Bu çempionatda Mədinə Əliyevanın rəhbərliyi altında Nərmin Rəcəbova, Halil Kozakoğulları, Ruslan Şixiyev, Valeh İmranov və Timur Pivkin iştirak ediblər.
Çempionatda “Azərsun Holdinq” şirkətinin məhsullarından istifadə ediblər.
Bütün bunlarla yanaşı, AMKA-nın prezidenti Tahir Əmiraslanov fevralın 22-dən martın 10-dək keçirilən “Dubayın dadı “ festivalında münsiflər heyətində təmsil olunub.
Qeyd edək ki, “Trend” xəbərlər şirkətinin mətbuat mərkəzində təşkil olunan mətbuat konfransı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə reallaşıb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə