Qırğız aşpazları 117 metr uzunluğunda kolbasa hazırlayıblar

Bişkekdə qırğız aşpazlarının hazırladıqları 1464 kiloqramlıq beşbarmaq və 117 metr uzunluğunda çuçuk (at ətindən hazlırlanan kolbasa) Ginnesin Rekordlar Kitabına (GRK) düşməyə iddialıdır. Bunun üçün 9 at kəsilib, 150 litr tutumu olan 12 böyük qazan asılıb. Beşbarmaq və kolbasanın hazırlanmasına 700 kiloqram ət işlənib.
Rekordlar Kitabının nümayəndələri beşbarmaq və kolbasanın hazırlanmasını qeydə alıb, proses foto və video vasitəsilə çəkilib.
GRK-nın nümayəndələri bildiriblər ki, iki həftə ərzində bu haqda qırğız tərəfinə məlumat veriləcək.
Hazırlanan beşbarmaq və kolbasa isə Qırğızıstandakı uşaq və qocalar evlərinə göndərilib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə