Şən və Hazırcavablar Klubunun “Bakı bulvarı” komandası Rusiya liqasında çıxışına uğurla başlayıb

Azərbaycanın daha bir gənc ŞHK komandası – “Bakı bulvarı” Rusiya liqasını fəth edir.
Azərbaycan ŞHK-nın mətbuat xidmətindən  bildiriblər ki, “Bakı bulvarı” komandası Mərkəzi Krasnodar Liqasında çıxışına uğurla başlayıb. Liqanın birinci mərhələsində 14 komanda iştirak edib. Bakı komandası Mərkəzi Krasnodar Liqasının səkkizdəbir finalına çıxmağa nail olub. Yarışa səylə hazırlaşan komanda üzvləri maraqlı oyun nümayiş etdiriblər və nəticə müəyyən məqsəd əldə etməyə çalışan gənc komandanın səylərini doğruldub.
Xatırladaq ki, daha əvvəl “AzNeft” ŞHK komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kursk şəhərinin Mərkəzi Cənub-Qərbi Liqasının ikinci mərhələsinə çıxıb.
Komandaların iştirakı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə