Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində 900 il yaşı olan tütək saxlanılır

Salyandakı Tarix-Diyarşünaslıq Muzeyində gildən hazırlanməş qədim tütək saxlanılır. Muzeydə mühafizə olunan bu musiqi aləti tədqiqatçıların dediyinə görə, ən azı 900 il bundan əvvəl hazırlanıb.
Bu maddi-mədəniyyət nümunəsi ötən əsrin 80-cı illərində rayon ərazisindəki Marışlı, Noxudlu və Qırxçıraq qədim yaşayış məskənlərində arxeoloji qazıntılar zamanı tapılıb.
Qədim musiqi aləti muzeydə toplanan 10 mindən çox eksponatın demək olar ki, ən kiçiyidir. Onun uzunluğu 6 santimetrə yaxındır.
İlk baxışdan müasir tütəklərdən fərqlənsə də, ifa zamanı bu alət onlardan heç də geri qalmır. Nəfəsli alətlərin ifaçısı Mirağa Abdullayev bildirib ki, qədim gil-tütəyin müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu isə ifa zamanı bəzi çətinliklər yaradır.
Qədim tütək əcdadlarımızın musiqi biliyini müəyyən etmək baxımından da mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə