Şəmkirdə intellektual bilik yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Synergy” Fond və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə qərb regionunun məktəbliləri arasında “Azərbaycançılıq və hərb tariximiz” mövzusunda keçirilən “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının final mərhələsi olub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Gədəbəy, Naftalan, Samux və Şəmkir məktəblərindən qalib olan 8 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin “Fateh” komandası I, Gədəbəy rayonunun “Şahinlər” komandası II, “Gold 21” komandası isə III yerin qalibi olub.
Qalib komandalar sertifikat, medal və kubokla təltif ediliblər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə