Volqoqrad tələbələri rus dili və mədəniyyətinin təbliği proqramı çərçivəsində Bakıda olublar

 Volqoqrad Dövlət Universitetinin bir qrup tələbə və müəllimi rus dili və mədəniyyətinin təbliği ilə bağlı “VolQU ryadom” proqramı çərçivəsində Bakıda olub.
AZƏRTAC xəbər verir ki, bir həftə ərzində tələbələr Bakının Qaradağ rayonundakı 5 məktəbə və internata baş çəkib, rus mədəniyyətinə və tarixinə həsr edilən təqdimatlar, ustad dərsləri, intellektual oyunlar keçiriblər. Ümumilikdə, tədbirlərə 200-dən çox məktəbli cəlb edilib. Proqramın reallaşdırılmasına Qaradağ Rayon İcra Hakimiyyəti dəstək göstərib. Qonaqlar üçün Bakıda ekskursiya təşkil edilib. Onlar gördükləri yerlərə, eləcə də Qobustana valeh olublar.
Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iştirak edib.
“VolQU ryadom” proqramı çərçivəsində Azərbaycana səfər Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Volqoqrad bölməsinin sədri Dünya Əhədovanın təşəbbüsü ilə təşkil edilib.
Volqoqraddan gəlmiş qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər. Bakı şəhərinin Qaradağ rayonunun məktəbliləri volqoqradlıları yüksək qonaqpərvərliklə qəbul ediblər. Azərbaycanlı məktəblilər rus dilini yüksək səviyyədə bildiklərini və bu dildə çox gözəl danışdıqlarını nümayiş etdiriblər.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə