V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun təşkilat komitəsinin müşavirəsi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında müvafiq Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birgə tədbirlər planı hazırlanıb. Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi oktyabrın 17-dən 21-dək nəzərdə tutulub.
Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir.
Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.
Oktyabrın 11-də mədəniyyət və turizm naziri, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin sədrliyi ilə təşkilat komitəsinin geniş müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, nazir Ə.Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpoziumun mahiyyəti barədə ətraflı məlumat verərək tədbirin proqramına dair müvafiq təşkilati məsələlər haqqında danışıb.
Müşavirədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcək. Nazir müavini simpozium çərçivəsində açılacaq dörd sərgi barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxışında simpoziumun işinə akademiyanın elmi tədqiqat institutlarının və muzeylərin aktiv cəlb edilməsinin önəmini vurğulayaraq diqqətə çatdırıb ki, tədbirə xaricdən qatılacaq alimlərlə aidiyyəti sahələr üzrə görüşlərin və müzakirələrin aparılmasına böyük önəm verilməlidir.
“Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev təmsil etdiyi qurum tərəfindən Azərbaycan xalçasına həsr edilmiş dərgilər və təşkil ediləcək xalça sərgiləri haqqında məlumat verib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov tədbirin yüksək səviyyədə təşkili ilə bağlı idarə tərəfindən lazımi tədbirlərin görüləcəyini vurğulayıb.
Sonda nazirliyin müstəqil eksperti Əsli Səmədova müşavirə iştirakçılarına İCOC rəhbərliyinin salamlarını çatdırıb. O, simpoziumun tərəfdaşları olan geniş oxucu auditoriyasına malik “Halı” jurnalı və İCOC tərəfindən son iki il ərzində aparılan işlər barədə qısa məlumat verib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə