IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı elan olunub

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr 2017-ci il tarixində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala film qəbulu 1 Oktyabr 2017-ci il tarixində başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul olunub. Festivalın seçim komissiyası göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Beləliklə, 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.
Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:
• Ölkə, region, şəhər
• Mədəniyyət, ənənə
• Reklam filmləri
• Ekoturizm və digər turizm növləri
• TV məhsullar (filmlər, videoçarxlar)
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yerə - Qızıl mükafat – diplom və mükafat
II yerə - Gümüş mükafat - diplom və mükafat
III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.
Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" – diplom və mükafat təqdim ediləcək.
Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-ə yaxın qonağın dəvət olunması nəzərdə tutulur.
BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.
Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.
BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivalın təşkilati işlərini Salnaməfilm Studiyası həyata keçirir.
Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar. Festivalın informasiya dəstəkçiləri APA İnformasiya Agentliyi və İctimai Televiziyadır.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə