“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində beynəlxalq ekspedisiya tərəfindən arxeoloji qazıntılar aparılmışdır

2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun dünya əhəmiyyətli abidələr siyahısına daxil olan Damcılı mağarası və mağara düşərgəsinin ətrafında Yaponiyanın Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi altında aparılan kəşfiyyat xarakterli axtarışlar zamanı əldə olan nəticələr 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu və Yaponiyanın Tokio Universiteti arasında üçtərəfli memorandum imzalanmasına əsas vermişdir.
Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.
2016-cı ilin avqust ayında aparılan tədqiqatlar zamanı orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri, neolit, tunc dövrünün sonuna aid ocaq yerləri, fauna nümunələri (sümüklər), orta əsrlər aid tikili qalıqları əldə olunmuşdur.
17-30 iyul 2017-ci il tarixində beynəlxalq ekspedisiya növbəti dəfə tədqiqat işləri aparmışdır. Bu il aparılan qazıntılar nəticəsində bu ərazilərdə neolit dövrünün mövcudluğu öz təsdiqini tapmışdır.
Aparılan işlər nəticəsində əldə olunan eksponatlar 28 iyul - Ümumdünya arxeologiya günü münasibətilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda təşkil olunan sərgidə 3 gün müddətində ziyarətçilərə nümayiş etdirilmişdir. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə