İvanovka I beynəlxalq elmi-praktiki seminarın qonaqlarını qəbul edib

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə 28 iyul 2017-ci il tarixində İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” keçirilmişdir.
Seminarın iştirakçilarını salamlayan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya katibi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov tədbirin beynəlxalq təcrübə mübadiləsində xüsusi əhəmiyyətindən danışıblar.
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşı Məhbubə Əbilova, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayeva, Türkiyə Gənclər və İdman Nazirliyinin gənclik xidmətləri üzrə idarə rəisi Bedir Ahmet Cemil və başqalarının məruzələri dinlənilib.
Qeyd olunmuşdur ki, seminarın keçirilməsində əsas məqsəd xarici mütəxəssislərdən beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən milli, tarixi maddi-mənəvi dəyərlərin, mədəniyyətin layiqli təbliğatı, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
Tədbirdə Yunus Emre İnstitutunun direktoru İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev iki dövlətin tarixinin, mədəniyyətinin, dilinin, maddi və mənəvi dəyərlərinin daha geniş təbliği istiqamətində “Bir millət – iki dövlət” şüarı altında əməkdaşlıq memorandumu imzalayıblar.
Seminar çərçivəsində “Sənət və sənətkarları yaşadaq” adlı regionlarda fəaliyyət göstərən sənətkarların məlumat bazası təqdim olunub, rəsm əsərləri və tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxılmışdır.
Tədbir İvanovka folklor qrupunun maraqlı çıxışı ilə yekunlaşıb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə