Bakıda V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı Musiqi Akademiyasının akt zalında İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının (20 yaşadək) V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (ISESCO), Azərbaycan Respublikasının gənclər və idman, mədəniyyət və turizm, xarici işlər nazirliklərinin dəstəyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, İndoneziya və başqa ölkələrin gənc musiqiçiləri iştirak edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, festival-müsabiqə ənənəvi hal alıb və Azərbaycanda artıq beşinci dəfə keçirilir. Bu il müsabiqədə 8 ölkənin təmsilçiləri iştirak edib.
İ.Babayev son illərdə ölkənin mədəniyyət sahəsində qazandığı uğurlardan söz açıb, ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycanın möhtəşəm beynəlxalq mədəni tədbirlərin – festivalların, müsabiqələrin, forumların keçirildiyi məkan olduğunu vurğulayıb. O, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasındakı rolunu xüsusi vurğulayıb.
İ.Babayev deyib: “Bu layihə bir daha sübut etdi ki, İslam ölkələrinin musiqisi qədim köklərə və istedadlı davamçılara malikdir”.
Təşkilat Komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə qaliblərin adlarını elan edib. Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti pianoçu Məhəmmədəli Paşazadəni (Azərbaycan) Qran-pri ilə təltif edib.
1-ci, 2-ci və 3-cü yerləri tutan müsabiqə iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim edilib.
Müsabiqə iştirakçıları həmçinin Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyasının həvəsləndirici və xüsusi mükafatları ilə təltif olunub.
Müsabiqə İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin qala-konserti ilə tamamlanıb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə