Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Azərbaycan xalq nağılları” adlı sərgi keçirəcək

2016-cı ilin 1 aprel tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” Rəsm Dərnəyinin “Azərbaycan xalq nağılları” adlı sərgisi keçiriləcək. Sərgidə rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının 31 şagirdinin 120-dən artıq rəsm əsəri təqdim olunacaq.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı əllər" adlı Rəsm Dərnəyi artıq 2 ildir ki, fəaliyyət göstərir. Burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olurlar. Bununla da onların yaradıcılıq meyilləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Kollektivdə nəinki rəngkarlığın müxtəlif çalarları (qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s.) eyni zamanda uşaqlara müxtəlif plastik materiallardan bədii tərtibatın hazırlanması da öyrədilir. Tez-tez uşaqların fəaliyyəti müddətində çəkilmiş əsərlərdən ibarət sərgilər keçirilir. Rəsm Dərnəyində 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər. "Bacarıqlı Əllər" Rəsm Dərnəyinin müəllimləri Gilan Əzizxanlı və Leyla Dadaşovadır. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə