“Qardaşlaşmış məktəblərin imzalama sazişi” mərasimində Azərbaycan Dövlət Uşaq Filarmoniyası çıxış edəcək

13 fevral saat 16:00-da Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblərin imzalama sazişi”nin mərasimi keçiriləcəkdir. Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyası öz konsert proqramı ilə çıxış edəcəkdir. Proqramda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Rəqs ansamblı”, Uşaq Xor Kapellası və “Şəms” uşaq xorunun çıxışları təqdim olunacaq.
"Rəqs ansamblı" 1991-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təşkil olunub. Hal-hazırda kollektivdə 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Uşaqlara milli rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri professional müəllimlər komandası tərəfindən öyrədilir. "Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib. Bu müsabiqələrdə kollektiv dəfələrlə müxtəlif mükafatlarla təltif olunub , o cümlədən, festivalların laureatı kimi adlara layiq görülüb.
Uşaq Xor Kapellası 1997-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin “Qız qalası” xorunun məşhurlaşdığı zamandan yaranmışdır. Kapellanın bədii rəhbəri və baş dirijoru Dilarə Əliyevanın təşəbbüsü, gərgin əməyi sayəsində yaranmış bu xor uşaqların xor sənətinin incəliklərini həvəslə, böyük istəklə mənimsəməsinə gözəl imkan yaradır. Bu kollektiv müxtəlif illərdə dövlət əhəmiyyətli bir sıra tədbirlərdə uğurla iştirak etmişdir. Xüsusilə Uşaq Xor Kapellasının Avropa Şurası və Yuneskonun iqamətgahlarında, Strasburqda Katedral kilsəsində, Paris şəhərinin Pale de Konqres və Brüssel şəhərinin konsert zalında Azərbaycan və bir sıra Avropa bəstəkarlarının əsərlərindən ibarət geniş proqramla 2008-ci ildə baş tutan uğurlu çıxışlarını qeyd etmək lazımdır. Həmçinin bu kollektiv müxtəlif festivallarda dünya şöhrətli dirijorlarla birgə də çıxışlar etmişlər.
“Şəms” Uşaq Xoru 2012-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Bu kollektivə 4-10 yaş arası uşaqlar qəbul olunur. Hal-hazırda repertuara azərbaycan, rus, alman və ingilis dillərində mahnılar daxildir. Bundan əlavə, burada uşaqlar səhnə mədəniyyəti öyrənir, vokal imkanlarını genişləndirirlər. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə