Yeni metodiki vəsait mədəniyyət müəssisələrinin ixtiyarına təqdim olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət sahəsinin müxtəlif istiqamətlərini əhatə edən 80-dən cox metodiki vəsait hazırlanmışdır. O cümlədən, beynəlxalq metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, ictimai-məişət, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin senarilərini, habelə musiqi-incəsənət məktəblər üçün dərslikləri əhatə edir.
“Yanğın təhlükəsizliyi qaydalarının əsasları” adlı növbəti metodiki vəsait çapdan çıxmışdır. Vəsait mədəniyyət müəssisələrində təhlükəsizlik texnikasının təşkili, arzuolunmaz yanğın hadisələri zamanı təcili təxirəsalınmaz tədbirlərin görülməsi və digər qabaqlayıcı profilaktik işlərin həyata keçirilməsi barədə qaydalar və təlimatlardan ibarətdir.
Qeyd edək ki, nəşr olunan metodiki vəsait mədəniyyət müəssisələri, mədəniyyət profilli ali, orta-ixtisas və digər müəssisələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Vəsaitin Bakıda və regionlarda təqdimatının aparılması da planlaşdırılır. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə