Mingəçevirdə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib

31 oktyabr 2019-cu ildə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev mərkəzində regional idarənin Mingəçevir şəhəri üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan regional idarənin məsləhətçisi İbrahimov Orxan qeyd edib ki, qrup ötən dövr ərzində bir çox uğurlara imza atmış, gənclərin yaradıcı və təşəbbüskarlıq mühitinin dəstəklənməsi istiqamətində bir çox işlər görmüşdür. Habelə qrupun əsas məqsədlərindən biri də Azərbaycan mədəniyyətinin təbliği, mövcud dövlət siyasətinin dəstəklənməsi, fəaliyyətin optimallaşdırılması, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırılması, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir.
Daha sonra çıxış edən regional idarənin Mingəçevir şəhəri üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun rəhbəri Nahid Musayev bildirib ki, gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində hər zaman yeni lahiyələr üzrə çalışmalıdırlar. Ölkədə uğurla aparılan gənclər siyasətindən bəhs edən Nahid Musayev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu dövlət siyasəti həyata keçirilir və bu istiqamətdə gənclərin üzrərində ciddi öhdəliklər durur.
Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, təhsil ocaqlarında mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət işçilərinin, xüsusən gənclərin informasiya–kommunikasiya texnologiyalarını dərindən öyrənmələri vacibdir. Azərbaycan mədəniyyətinin təbliğində, erməni yalanlarına dərhal və tutarlı cavab verilməsində gənc mədəniyyət işçilərinin üzərinə mühüm vəzifələr düşür.
Tədbir dəyirmi masa ətrafında maraqlı diskussiya ilə davam edib.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə