SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı görkəmli dirijor və bəstəkar Niyazinin doğum günü

20 avqusr 1912–il tarixi SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı görkəmli dirijor və bəstəkar Niyazinin doğum günü (1912-1984). O, dahi bəstəkar Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açıb. Beynəlxalq mükafatlar laureatı olan maestro "Xosrov və Şirin", "Çitra" baletlərinin, simfoniyaların, mahnıların, 25-dək kinofilmə yazılmış musiqilərin müəllifidir. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. O, "Çitra" baletinə görə 1974-cü ildə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə