Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin doğum günüdür (1912-2001)

19 avqust 1912-ci il tarixində Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin doğum günüdür. Şairin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə, “Bizim səsimiz” adlı birinci kitabı isə 1934-cü ildə çapdan çıxıb. O, “Sənətkarın xəyalı”, “Seçilmiş şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Ana qanadı” və s. əsərlərin müəllifidir. Qadın mövzusunda qələmə aldığı “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Ana ürəyi”, “Məhəbbətin göz yaşları” poemaları və “Analıq duyğuları” silsiləsi müəllifə böyük oxucu məhəbbəti qazandırıb. Bütün bu uğurlara görə Mirvarid Dilbazi iki dəfə “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1967-ci ildə Əməkdar Mədəniyyət İşçisi, 1973-cü ildə Əməkdar İncəsənət Xadimi, 1979-cu ildə Azərbaycanın Xalq Şairi fəxri adlarına layiq görülüb.
1895-ci il. Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat - Beynəlxalq Kooperativ Alyansı yaradılıb. Londonda təsis edilən bu qurum əsasən istehlak, kredit və kənd təsərrüfatı yönümlü milli və regional ittifaqları, kooperativ federasiyaları özündə birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilatıdır. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə