Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi təltif olunub

Cari ilin aprel-iyun ayında III Respublika Xalq Teatrları Festivalı keçirilmişdir. Festivalın seçim mərhələsində olkəmizin 37 xalq teatrı iştirak edib, 13 isə final mərhələsinə dəvət olunub.
Festival nəticəsində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 24 iyun 2019-cu il tarixli 199 N-li Əmrinə əsasən, III Respublika Xalq Teatrları Festivalı və I Respublika Xalq Teatrları Konfransının təşkilində fəal iştirakına görə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və elmi katibi Cavid Əliyev Mədəniyyət Nazirliyin diplomları ilə təltif olundu. Təbrik edirik! 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə