Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib

Cari ilin 23 iyul tarixində Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə “Müasir xidmətlər, yeni metodlar” adlı təlim, Mərkəz tərəfindən hazırlanan metodiki tövsiyələrin təqdimatı təşkil olunub.
Təlimi Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Mərkəzin Elmi katibi Cavid Əliyev açaraq iştirakçıları salamlayıb uğurlar arzulayıblar.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında qeyd etdi ki, təlimin təşkilində əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Vurğuladı ki, bu istiqamətdə Mərkəz tərəfindən çoxlu sayda müxtəlif təyinatlı metodiki tövsiyələr hazırlanır və onların regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində təqdimatları təşkil olunur. Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki tövsiyələrin hazırlanmasını davam etdirirlər.
Təlim çərçivəsində Nurəddin Babazadə müəllifi olduğu “Mədəniyyət təbliğində Facebook sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları” adlı metodiki tövsiyəsini, həmçinin Aygün Balabəyovanın müəllifi olduğu “Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları”, “Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər”, “Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri təqdim edib.
Əməkdaşı Pərvanə Hüseynova müəllifi olduğu “Heydər Əliyev mərkəzlərində ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği yolları”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili” və “Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası” adlı metodiki tövsiyələri təqdim edib.
Qeyd edək ki, bu günə kimi Mərkəz tərəfindən əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 80-ə yaxın müxtəlif metodiki tövsiyə hazırlanmışdır. Tövsiyələr muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələri, klub fəaliyyəti, internet, sosial şəbəkələr, İKT və yeni texnologiyalar, KİV və ictimaiyyətlə işin təşkili, milli folklor nümunələri, milli-mədəni irs, tətbiqi sənət, xalq sənətkarlığı, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə, musiqi-incəsənət məktəbləri üçün dərslikləri əhatə edir. Onlarla Mərkəzinin rəsmi saytında (memm.az) tanış olmaq olar.
Təlimin sonunda mədəniyyət müəssisələrdə çalışan metodistlər ilə geniş fikir mübadiləsi aparılıb. Fəal iştirakçıları sertifikatla təltif olunub.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə