Bakıda ixtisaslaşmış təlimlərin II hissəsi başa çatıb

Cari ilin 10-21 iyun tarixlərində Bakı şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunmuş “Uşaq Musiqi və İncəsənət Məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda yeni tədris modulları əsasında növbəti ixtisasartırma kurslarının II hissəsi keçirilib. Kurslarda Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Şirvan, Zəngilan, Qobustan şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin müəllimləri iştirak ediblər. Xatırladaq ki, kursun I hissəsi cari ilin 20-31 may tarixlərində baş tutub.
Təlimdə dinləyicilər fortepiano və royalın tarixi və hissələri haqqında, fortepiano və royalın mexanikası ilə tanışlıq, mexanikanın nizamlanması və təmiri metodu, çəkiclərin şlifovkası və təmiri, pedalların təmiri və nizamlanması və bağlı bilik və bacarıqlar əldə ediblər. Təlimlər kurs kuratoru Abbas Kərimov tərəfindən aparılmışdır. Həmçinin təlimlərdə yekun olaraq əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı dinləyicilərin bilik və bacarıqları qiymətləndirilmişdir.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunur.
Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Leyla Mehdiyeva, Təlim-tədris şöbəsinin sektor müdiri Aygün Hüseynova və metodist Kəmalə Şahverdiyeva tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilmişdir.
Mərkəzin direktor müavini Leyla Mehdiyeva çıxış edərək dinləyicilərə uğurlar diləmiş, müəssisənin gələcək planlarından məlumat vermiş və ölkə rəhbərliyinə respublikamızda bədii təhsilin inkişafına ayırdığı diqqətə görə təşəkkürünü bildirmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə