Azərbaycan Virtual Animasiyası Muzeyi yaradılır -
Azərbaycan Virtual Animasiyası Muzeyi yaradılır

Azərbaycan İncəsənət Konsulluğu (“Arts Council Azerbaijan”) “Nazim Məmmədov adına Azərbaycan Virtual Animasiyası Muzeyi” adlı yeni layihəyə başlayır. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
O bildirib ki, bu internet resurs özündə ötən əsrin 60-90-cı illərində Azərbaycan animasiya tarixi haqqında böyük məlumat bazasını əks etdirir. Layihə insanlarda nostalji hisslər oyadacaq. İnsanlar, eyni zamanda, “Cırtdanın yeni sərgüzəşti”, “Pıspısa xanım və Siçan bəy”, “Şah və xidmətçi”, “Meşəyə insan gəlir”, “Şahzadə-qara qızıl”, “Göyçək Fatma” kimi sevimli cizgi filmlərini izləyə biləcəklər. Virtual muzey keçmiş cizgi filmlərinin ab-havasını hiss etməyə, Azərbaycan rejissorları barədə məlumat almağa, tarixi fotoları görməyə imkan verəcək. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə