Növbəti iki interaktiv nağıl hazırlanıb -
Növbəti iki interaktiv nağıl hazırlanıb

Kompyuter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsini həyata keçirməyə davam edir.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, məktəbəqədər dövrdə folklor nümunələrindən istifadənin uşaqların dünyagörüşünü, təfəkkürünü, yaddaşını genişləndirməsi, onların lüğət ehtiyatını zənginləşdirməsi, nitqlərinin zəngin, səlis və obrazlı olmasına imkan yaratması nəzərə alınaraq, bu günlərdə layihə çərçivəsində növbəti iki xalq nağılı – “Yaxşılığa yaxşılıq” və “Tülkü baba və hacıleylək” hazırlanaraq azyaşlıların istifadəsinə verilib. Həmin nağılların köməyi ilə balacalar kiçik yaşlarından etibarən müasir informasiya-kommunikasiya texnologiyalarından və müasir qacetlərdən istifadə etməyi öyrənməklə yanaşı, həm də Azərbaycan xalqının mədəni irsi ilə tanış olacaqlar.
Kompyuter Oyunları Milli Assosiasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, həmin interaktiv nağılların xüsusi vizual effekti dünyada geniş istifadə olunan və sensor ekran imkanını dəstəkləyən “iOS” və “Android” mobil platformalarına uyğunlaşdırılıb. Bununla da sözügedən nağıllar planşet kompyuter və smartfonlar da daxil olmaqla bütün müasir cihazlar üçün əlçatandır.
İnteraktiv nağılları izləyərkən ekran qarşısında əyləşən hər kəs özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss edəcək, onda maraq yaradan istənilən əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə biləcək. İnteraktiv nağılları subtitrlərin köməyi ilə də izləmək mümkündür.
Qeyd edək ki, azyaşlılarla yanaşı, böyüklərdə də maraq doğuran bu layihə uşaqların kompyuter sahəsində biliklərinin inkişaf etdirilməsinə, ümumi dünyagörüşlərinin genişləndirilməsinə, balacalarda erkən yaşlardan etibarən oxuma və yazma, məntiq və sərbəst düşünmə qabiliyyətini formalaşdırmağa yönəldilib.
Hazırda “Yaxşılığa yaxşılıq” və “Tülkü baba və hacıleylək”lə yanaşı, layihə çərçivəsində hazırlanmış bütün xalq nağılları yükləmək mümkündür. Belə ki, “Play Market” vasitəsilə (https://play.google.com) istənilən nağılı və yaxud istehsalçının adını (AzKOMA) axtarışa verməklə axtarılan nəticəni əldə etmək olar.
Aşağıda birbaşa yükləmə linkləri verilib:
https://play.google.com/store/apps/details?id=air.Yaxshiligayaxshilig - “Yaxşılığa yaxşılıq” nağılı;
https://play.google.com/store/apps/details?id=air.TulkuBabaVeHacileylek - “Tülkü baba və hacıleylək” nağılı.
https://play.google.com/store/search?q=azkoma - digər nağıllar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə