“Dovşanın ad günü” 120-ci və 1-ci dəfə...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, 2000-ci ildə səhnələşdirilən və teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan olan “Dovşanın ad günü” tamaşasıdır. Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin 95 illik yubileyinə həsr olunan tamaşa əsaslı bərpadan sonra yenidən repertuara daxil edilib.
X.Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərində mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.
Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşada əsas rolları aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Eyvaz İbrahimov və başqaları ifa edirlər.
Qeyd edək ki, indiyədək 120 dəfə göstərilmiş tamaşanın premyerası məktəblilərin qış tətilində - yanvarın 28-də saat 12.00 və 14.00-da olacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə