"Ailəliklə kitabxanaya layihəsinə başlanılır -
"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, layihənin təqdimatı məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” mövzusunda konfrans keçirilib.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, əsas məqsəd ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, mütaliə vasitəsi ilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, bədii, klassik, müasir, elmi-kütləvi ədəbiyyatın gənclər və valideynlər arasında təbliği, eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin faydalarından bəhs edərək, ailə institutunun möhkəmlənməsində mütaliənin rolundan danışıb. İcraçı direktor qeyd edib ki, ailə üzvlərinin bir-biri ilə daim ünsiyyətdə olması vacibdir və kitab oxumaqla, kitabların müzakirəsi ilə bu ünsiyyəti qurmaq mümkündür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı hər iki quruma təşəkkürünü bildirərək, ailənin möhkəm təməllər üzərində qurulması üçün belə konfransların və maarifləndirici layihələrin keçirilməsinin məqsədəuyğun olduğunu deyib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının əməkdaşı Nigar İsmayılova, uşaq yazarı Reyhan Yusifqızı Şıxlinskaya tədbirdə çıxış edərək, mütaliə mədəniyyətinin təbliğatına dəstək verməyə hazır olduqlarını vurğulayıblar. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə