Azərbaycanın mədəniyyət naziri UNESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbulfəs Qarayev UNESCO-nun baş direktoru Odri Azuley ilə görüşüb.
Nazir əvvəlcə O.Azuleyi UNESCO-nun baş direktoru seçilməsi münasibətilə təbrik edərək, ona bu vəzifədə uğurlar arzulayıb.
Ə.Qarayev ölkəmiz ilə qurum arasındakı yüksək səviyyəli münasibətlərin inkişafından söz açıb.
Söhbət zamanı Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın töhfələri diqqətə çatdırılıb.
Görüşdə mədəniyyət sahəsində prioritet məsələlər, xüsusilə də Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələri, “Bakı Prosesi” barədə müzakirələr aparılıb. Bildirilib ki, cari ildə 10 illiyi qeyd olunan “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi sahəsində böyük beynəlxalq platformaya çevrilib. Bu prosesdə UNESCO-nun rolu da qeyd olunub.
O.Azuley Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinin UNESCO tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bildirib.
Qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişafı sahəsində UNESCO-nun ən vacib və önəmli tədbiri hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bugünkü mürəkkəb dünyada belə tədbirlərin xüsusi əhəmiyyəti qeyd olunub.
Qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkəmizin nailiyyətlərinə toxunulduğu görüşdə Azərbaycanda bu istiqamətdə görülən işlər, eləcə də ölkəmizin beynəlxalq səviyyədə bu sahəyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzvlüyü, bu sahədə təşəbbüslər və gələcək fəaliyyətlər müzakirə olunub. Ölkəmizin bu sahədə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Ağrılı problemimiz - ərazilərimizin 20 faizinin işğalından söz açan Ə.Qarayev bu ərazilərin Azərbaycanın nəzarəti altında olmadığını və həmin torpaqlarda Azərbaycan maddi-mədəniyyət abidələrinin dağıdıldığını diqqətə çatdırıb. UNESCO-nun bu sahəyə necə müdaxilə edə bilməsi müzakirə olunub.
O.Azuley münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, UNESCO öz ekspertizası və təcrübəsi ilə həmin ərazilərdə mədəni irs abidələrinin bərpasına yardım edə bilər.
Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında təhsil və gənclərlə iş sahələrində əməkdaşlığın inkişafı da müzakirə edilib, bu istiqamətlərdə görülən işlər nəzərdən keçirilib. Milli Komitə ilə əməkdaşlıq, onun gələcəkdə UNESCO ilə birgə işlərə daha çox cəlb edilməsi məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycanın zəngin tarixi, multikulturalizm dəyərləri, mədəniyyətlərarası dialoq, tolerantlıq ənənələrindən söhbət açılıb. Tarixi “İpək Yolu” üzərində və müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə bu ənənələrin daha da inkişaf etdirilərək, nəsildən-nəslə ötürülməsinin önəmindən bəhs olunub.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın UNESCO-nun missiyasına sadiq qaldığı qeyd edilib.
Söhbət zamanı Azərbaycanın caz musiqisi ənənəsindən də bəhs olunub, onun musiqi irsi kimi mədəniyyətlərarası dialoqa töhfə verdiyi diqqətə çatdırılıb. Gələcəkdə qurumun növbəti Caz Gününün Azərbaycanda keçirilməsi müzakirə olunub. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə