Azərbaycanın Vaşinqtondakı səfirliyində mədəniyyət tədbiri keçirilib -
Azərbaycanın Vaşinqtondakı səfirliyində mədəniyyət tədbiri keçirilib

Azərbaycanın Vaşinqtondakı səfirliyi öz qapılarını geniş ictimaiyyətə açaraq ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirilib. Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, səfirliyə təşrif buyurmuş iki minə yaxın ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.
 
Səfirliyə gələn qonaqlara ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, milli mədəni irsi, turizm potensialı və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurlar barədə geniş məlumat verilib və əyani nümunələr, o cümlədən milli geyimlər, göz oxşayan yerlərdən bəhs edən video çarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və paylanılıb. Bundan əlavə, ziyarətçilərə ölkəmizin qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.
 
Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və səfirliyin binasında qonaqlara nümayiş etdirilib. Həmçinin səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.
 
Bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 6 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə bu il qeyd olunan festivalda 73 ölkənin səfirliyinin iştirakı nəzərdə tutulur.

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə