Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumunda təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədr müavini Aysun Zeynalova Brüsseldə Avropa Gənclər Forumuna üzv ölkələrin gənclər təşkilatları şuralarının toplantısında iştirak edib. Tədbirə Avropa Gənclər Forumunda təmsil olunan 104 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının yüzdən çox nümayəndəsi qatılıb.
ARGTMŞ-dan  bildiriblər ki, tədbirdə Avropa Gənclər Forumunun üzvləri bir sıra mövzular üzrə qətnamə və qərarlar qəbul ediblər.
Şuranın toplantısı çərçivəsində Avropa Gənclər Forumunun prezidenti Luis Alverado Martinez qurumun yarımillik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Hesabat səsə qoyularaq qəbul olunub.
Eyni zamanda, Avropa Gənclər Forumuna üzvlük üçün müraciət edən təşkilatların namizədliyinə də baxılıb. Avropa Gənclər Forumunun yeni üzvlərin qəbulu komissiyasının üzvü olan Aysun Zeynalova aparılan yoxlamaların nəticələri haqqında hesabat verib, iştirakçıların suallarını cavablandırıb.
Avropa Gənclər Forumu qitə ölkələrinin gənclər təşkilatları milli şuralarının və beynəlxalq təşkilatlardan ibarət 104 qurumu birləşdirir və 10 milyona yaxın gənci əhatə edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqustunda ARGTMŞ-in beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib. 2016-cı ildə isə Varna şəhərində keçirilən Baş Assambleya zamanı ARGTMŞ-in sədr müavini Aysun Zeynalova Avropa Gənclər Forumunun yeni üzvlərin qəbulu komissiyasının üzvü seçilib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə