Gənc pianoçunun qalibi -
Gənc pianoçunun qalibi

Tofiq Quliyev adına 12 N-li musiqi məktəbinin şagirdi Ayla Həsənova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas məktəblərinin sagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə 2017 ilin mart ayında Həsənova Ayla Tahir qızı "Testen art Baku" müsabiqəsində 3-cü yeri tutub. Ayla Həsənova həmən ilin may ayında Türkiyənin Antalya şəhərində keçirilən Harmony müsabiqəsində Grand Prize mükafatına layiq görülmüşdü. 2012-ci ildə Vaqif Mustafazadə adına məktəbdə solo konsert verərək, 2016 ildə Lloret de Mar şəhərində keçirilən beynalxalq müsabiqədə 1 yerə layiq qörülüb. Heydər Əliyevin doğum gününə həsr edilmiş məktəbin yekun konsertində Dövlət Filarmoniyasında Teymur Göyçəyivin rəhbərliyi altında uğurlu çıxış edib. May ayında Muğam mərkəzində keçirilən konsertdə çıxış edərək məktəbin direktoru tərəfindən fəxri fərmana layiq görülüb. 2016 ilin iyun ayında Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində uğurlu çıxış etdiyinə görə Diploma layiq görülüb. 2016 ildin iyul ayında Macarıstanın Balaton şəhərində keçirilən beynəlxalq müsabiqədə Grand Prix mükafatına layiq görülüb.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə