Beynəlxalq Elektron Ensiklopediyada Qobustan haqqında özbək dilində məqalə yerləşdirilib -
Beynəlxalq Elektron Ensiklopediyada Qobustan haqqında özbək dilində məqalə yerləşdirilib

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında özbək dilində məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, materialda qoruğun tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri, çoxlu mağaralar, bulaqlar və digər daş abidələr var, burada, həmçinin muzey də fəaliyyət göstərir.
Qoruq Bakının yaxınlığında, Qaradağ rayonunun ərazisində yerləşir və paytaxtdan 56 kilometr aralıdadır.
Vurğulanır ki, Qobustandakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından professor İshaq Cəfərzadə 1939-1940–cı illərdə aşkar edib. İshaq Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi kimi burada 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qeydə alıb, 20 qayaaltı sığınacaq tapıb.
Yazıda Qobustan sözünün etimologiyası haqqında da məlumat verilir. Məqalədə Qobustanın qədim dövrdəki flora və faunası haqqında da söhbət açılır.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə