Türkiyənin TRT Belgesel kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq -
Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq

Fevralın 17-də Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.
Türkiyə mətbuatı xəbər verir ki, “Bilinməyən Tarix, Nargin adası əsarəti“ adlı sənədli film ötən il “TRT Belgesel” kanalı tərəfindən Bakı, Nargin adası və Gəncədə çəkilib.
Filmdə Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edilir.
TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycanın Dövlət Televiziyasına, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna təşəkkürünü bildirib. Ekran işi iki qardaş ölkənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə