Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın Wieseconsult şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb -
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb

13 fevral 2018-ci il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıldı.
Nazir Əbülfəs Qarayev Almaniyada Azərbaycanın turizm potensialının təbliği üzrə aktiv fəaliyyət aparıldığını, mütəmadi olaraq mədəniyyət və turizm tədbirlərində ölkəmizin təmsil olunduğunu qonağın diqqətinə çatdırmışdır. Ölkəmizdə alman turistlərini maraqlandıran turizm məhsulları və növlərinin mövcud olduğunu bildirən nazir, gələcəkdə də bu işlərin davam etdirilməsi üçün qarşılıqlı iki ölkənin turizm şirkətləri ilə görüşlərin keçirilməsini təklif etmişdir. Nazir “ASAN Viza” sisteminin tətbiqinin ölkəmizə gələn turistlər üçün çox əlverişli və rahat olmasından da söhbət açmışdır.
Qonaq səmimi qəbula görə nazirə təşəkkürünü bildirmiş və Azərbaycanla birgə əməkdaşlıqdan yüksək məmnunluq hissini ifadə etmişdir. Azərbaycanın turizm istiqamətində ən əlverişli şəraitə, müasir arxitektura, gözoxşayan landşafta və mədəni sərvətlərə malik olmasından xəbərdar olduğunu bildirən “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ölkəmizin turizm potensialının Almaniyada təbliğ olunmasında müxtəlif birgə layihələrin həyata keçirilməsi üçün işçi qaydada müzakirələr aparılacağını qeyd etmişdir. O, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasından söz açmış, Azərbaycanın qərb bölgəsində salınmış alman məskənlərində ikitərəfli tədbirlərin bundan sonra da həyata keçirildiyini bildirmişdir. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə