Mədəniyyətimizin böyük təbliğatçısı -
Mədəniyyətimizin böyük təbliğatçısı

Əlli beş ildən sonra, 2011-ci il fevralın 14-də Azərbaycan Televiziyasının bazasında yaradılan “Mədəniyyət” kanalı fəaliyyətə başlamasının 7-ci ildönümünü qeyd etməyə hazırlaşır.
Cəmi 7 yaşını qeyd edən bu televiziya özünün növbəti ildönümünə də böyük töhfə ilə gəlir. Belə ki, bu gündən etibarən, tamaşaçılar öz sevimli telekanallarını artıq 24 saat ərzində HD formatında izləyə biləcəklər.
Ötən müddət “Mədəniyyət”in həyatında bir çox uğurlarla yadda qalıb. Yeni yarananda kanalda 10-dan çox proqram fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 30-dan artıqdır. Kanalda böyük tamaşaçı auditoriyası qazanmış proqramlar çoxdur. “Mədəniyyət” telekanalı ölkədə təşkil olunan mədəniyyətlə bağlı bütün əhəmiyyətli layihələrin də eksklüziv yayım hüququna malikdir.
Belə bir ərəfədə “Mədəniyyət” telekanalının direktoru Ramil Qasımov deyib: “Müasir, qüdrətli Azərbaycanımızın mədəni həyatı bu gün dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatələnib. Bunun nəticəsində də Azərbaycan mədəniyyəti peşəkar musiqiçilərin, incəsənət nümayəndələrinin iştirakı ilə dünyada yetərincə təbliğ olunur. Azərbaycan mədəniyyəti həm də Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin hüdudlarından kənarda keçirilən geniş şəkildə təbliğ edilir. Bu təbliğatda “Mədəniyyət” telekanalının da öz payı var. Bu kanal vasitəsilə keçmiş ənənələrimizi, Azərbaycan musiqisində, mədəniyyətində, incəsənətində əbədiyaşarlıq qazanmış insanları unudulmağa qoymuruq. Müasir nəsil mədəni irsimizlə tanış olur. Eyni zamanda, gənc, istedadlı musiqiçiləri, incəsənət xadimlərini milyonlarla tamaşaçıya təqdim edirik. Altmış iki illik müddətdə Azərbaycan mədəniyyətinin qoruyucusu məhz Azərbaycan Televiziya və radiosunun arxivindəki milyonlarla lent yazıları olub. Həmin lent yazıları da “Mədəniyyət” kanalı vasitəsilə tamaşaçıya çatdırılır, bütün sənət ocaqları ilə birgə layihələr həyata keçirilir. Qarşıda silsilə layihələrimiz var. 7 yaşımızda tamaşaçılarımıza olan 24 saatlıq efir və HD formatında yayım kimi sürprizlər mədəniyyətimizə töhfədir. Bu da ölkə rəhbərliyinin mədəniyyətimizə göstərdiyi böyük qayğısından, etimadından xəbər verir. Bu etimadı doğrultmağa çalışırıq”.
Ölkəmizin tanınmış simaları da telekanal barədə müntəzəm olaraq xoş sözlər söyləyir, dəyərli fikirlər səsləndirirlər.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirib ki, “Mədəniyyət” kanalının həyata keçirdiyi layihələr diqqətəlayiqdir: “Mən orada tez-tez görkəmli sənət adamlarını görürəm, onların yaradıcılığı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Bütövlükdə, “Mədəniyyət” telekanalının fəaliyyətini müstəqilliyimizin nailiyyəti kimi qiymətləndirmək olar”.
“Mədəniyyət” telekanalının yaranmasını böyük hadisə hesab edən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, bu telekanal cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə ala bilir. Azərbaycan tamaşaçısı bu tematik telekanalda öz zövqünə uyğun veriliş tapır, bu, artıq tamaşaçıya verilən ən böyük qiymətdir.
Görkəmli bəstəkar, SSRİ-nin Xalq Artisti Arif Məlikov telekanalın fəaliyyətini belə dəyərləndirir: “Verilişlərini daha çox izlədiyim televiziya “Mədəniyyət” kanalıdır. Bu kanal mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə işıq salır. O cümlədən də milli musiqimizə, bəşəri mahiyyət daşıyan dünya musiqisinə geniş yer verir. Çox sevdiyim simfoniya və balet janrlarına aid həm özünün hazırladığı, həm də müxtəlif ölkələrdə çəkilmiş dəyərli verilişlərlə zövqümüzü oxşayır. Əminəm ki, “Mədəniyyət” kanalının uğurları gələcəkdə daha geniş miqyasda davam edəcək”.
Tanınmış muğam ifaçısı, Xalq Artisti Əlibaba Məmmədov isə telekanal haqqında fikirlərini belə bölüşür: “Mədəniyyət” telekanalının yaranması Azərbaycan Televiziyasının müstəsna fəaliyyətidir. Burada peşəkarlıqla hazırlanan verilişlər çoxdur. Mən Azərbaycan Televiziyasına, “Mədəniyyət” kanalına müvəffəqiyyət arzulayıram. Təmənnam budur ki, hər zaman xalqımızın mənəvi dəyərlərinə güzgü tutmaqla fəaliyyətlərinə davam etsinlər”.
Biz də çoxsaylı oxucularımız adından 7 yaşlı telekanala böyük uğurlar və nailiyyətlər arzulayırıq. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə