Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda konfrans keçirilir

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilir.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov konfransda çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini deyən A.Rəhimov ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar müsbət bəhrəsini verir.
Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycan Qran-Prisinin maraqlı olması və yüksək səviyyədə təşkili baxımından digərlərindən fərqləndiyini qeyd edib. Formula-1-in ümumi hədəfləri və gələcək istiqamətləri barədə məlumat verən Çeyz Keri görüləcək işlərdən və perspektivlərdən bəhs edib.
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanlarından danışıb, beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydalarından, irimiqyaslı yarışların müsbət nəticələrindən və biznesin buna hazırlıq vəziyyətindən söz açıb.
Sonra tədbir sual-cavab sessiyası ilə davam edib.
MDB məkanında və regionda bu mövzuda ilk dəfə Azərbaycanda keçirilən konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Soçi Qran-Prisinin yüksəkvəzifəli nümayəndələri və jurnalistlər qatılıblar.
Konfrans işini panel iclasları ilə davam etdirib. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə