İsveçrə alimləri İnternet-kompüter yaradırlar -
İsveçrə alimləri “İnternet-kompüter” yaradırlar

İsveçrənin “DFINITY” şirkətinin mütəxəssisləri istifadəçilərin kompüterlərini xüsusi “İnternet-kompüter”ə çevirərək onları vahid desentralizasiya olunmuş bulud platformasına birləşdirməyə imkan verən açıq protokolun yaradılması üzərində çalışırlar.
“hi-news.ru” saytı xəbər verir ki, istehsalçılar “Amazon”, “Google” və “Microsoft” kimi şirkətlərin bulud xidmətləri ilə rəqabət aparmağı planlaşdırırlar. Onlar bildiriblər ki, “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri açıq protokolun köməyilə birləşdirərək interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaratmaq niyyətindədirlər. Beləliklə, kompüterlərdən ibarət şəbəkə maksimal təhlükəsizlik və rəqabətədavamlı qiymətlərə zəmanət verərək bulud platformasının funksiyalarını yerinə yetirə biləcək. Bu platforma əsasında desentralizasiya olunmuş proqramlar yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” yaradıcıları xüsusi alətlər dəsti hazırlayacaqlar.
Artıq layihəyə təxminən yüz milyon dollar cəlb edilib. Platformanın beta-versiyasının bu ilin sonunda təqdim olunması nəzərdə tutulur. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə